Aleksey Danilov vəzifəsindən azad edildi

Dünya
18:05 / 26.03.2024
7289
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq qərar imzalayıb.
A.Danilovun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Aleksandr Litvinenko təyin edilib.