İtaliyanın baş nazirinin adı porno qalmaqalına qarışdı

İtaliyanın baş nazirinin adı porno qalmaqalına qarışdı

İtaliyanın baş naziri Giorgia Meloninin adı porno qalmaqalında hallanıb

 

Sfera.az bildirir ki, internetdə İtaliyanın baş naziri Giorgia Meloninin olduğu saxta erotik video yayılıb.

 

Meloni videonun yayılmasında şübhəli bilinən ata və oğulu məhkəməyə verib. İtaliya hökumətinin başçısı ittiham olunanlardan 100 min avro təzminat tələb edir.

 

Məhkəmədə qalib gələcəyi təqdirdə, Meloni aldığı pul təzminatını zorakılıq qurbanı olmuş qadınlara bağışlamaq istəyir.

 

Qeyd edək ki, “Deepfake” vasitəsilə çəkilmiş porno videolar aylardır internetdədir və bütün dünyada milyonlarla baxış qazanıb. 73 yaşlı ata və 40 yaşlı oğula qarşı məhkəmədə böhtan işinə görə iddia qaldırılıb.

 

Təhqiqat poçt polisi tərəfindən aparılıb. Poçt polisi əməkdaşı iki nəfəri internet səhifəsində istifadə edilən ləqəbə, sonra isə saxta videoların yayıldığı telefon nömrəsinə görə izləyib.

 

Meloni artıq 100 min avro məbləğində təzminat tələb etdiyini və bu məbləğin zorakılıq qurbanı olmuş qadınlar üçün xeyriyyə fonduna veriləcəyini açıqlayıb.

 

“Bu jest (fonda pul təzminatının köçürülməsi - red.) simvolik xarakter daşıyır və çox vaxt xəbəri belə olmadan bu cür cinayətlərin hədəfinə çevrilən qadınların müdafiəsinə töhfə vermək niyyətindədir”-deyə iddiaçının vəkili Maria Julia Marongiu bildirib.

 

Xatırladaq ki, daha əvvəl mətbuat İtaliyanın baş naziri Giorgi Melonun seksizmə dözməyərək sevgilisini tərk etdiyini yazmışdı. Cütlüyün münasibətləri sevgilisinin Meloninin siyasətinin əksinə olaraq, ənənəvi italyan ailəsini şiddətlə müdafiə etməsinə görə pozulmuşdu. İtaliyanın 46 yaşlı baş naziri isə daha çox radikal feminizm ilə tanınır.

 

Aysel

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.   Sfera.az “Bakupost.az”a...

Pakistan elan etdi: 51 ölü, 121 yaralı

Pakistan Silahlı Qüvvələri bəyan edib ki, nəzarət xəttində baş verən döyüş əməliyyatları nəticəsində 40 mülki şəxs və 11 hərbçi həlak olub. Daha 121 nəfər isə y...