“Crocus City Hall” terroru ilə bağlı daha bir nəfərin həbsi istənilir

Dünya
14:00 / 26.03.2024
3859
Rusiya İstintaq Komitəsi Alişer Kasimov adlı şəxsin “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı həbs edilməsini istəyib.
Sfera.az bildirir ki, məlumatı Moskvanın Basmannı Məhkəməsi ictimailəşdirib.
Qeyd olunur ki, Alişer Kasimovun 32 yaşı var, o, mənzilini terrorçulara kirayə verib.
Qeyd edək ki, martın 24-də Basmannı Məhkəməsinin qərarı ilə “Crocus City Hall”a hücumda iştirak edən dörd nəfər, səhəri gün isə daha üç şəxs saxlanılıb.