Türkiyədə son əməliyyatlarda 830 terrorçu zərərsizləşdirilib

Dünya
10:05 / 26.03.2024
4756
Son on ay ərzində Türkiyədə separatçı terror təşkilatına qarşı 22 min 541 əməliyyat keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində 60-ı ölü, 649-u yaralı olmaqla 830 terrorçu zərərsizləşdirilib. Bu terrorçulardan 121-i isə könüllü təslim olub.
Diqqətə çatdırılıb ki, Türkiyənin 81 vilayəti və 922 rayonunda başda terror olmaqla hər cür cinayətlərə qarşı belə əməliyyatlar nazirlik tərəfindən davam etdiriləcək.