Buxarestdən Kişineuya uçan təyyarəni ildırım vurdu

Dünya
00:17 / 26.03.2024
7287
Buxarestdən Kişineuya uçan “Tarom” aviaşirkətinə məxsus təyyarə ildırım vurması səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.
Sfera.az-ın məlumatına görə, təyyarə Buxarestin Anri Koande hava limanından havaya qalxıb və bir saat sonra uçuş-enmə zolağına qayıdıb.
Ekipaj sərnişinlərə bunun texniki nasazlıqlara görə məcburi geri qayıtma olduğunu bildirib. Eyni zamanda pilotlar hava limanının dispetçerlərinə təyyarəni ildırım vurduğunu deyiblər.
Təcili eniş insidentsiz baş tutub və sərnişinlər yarım saat sonra havaya qalxan başqa təyyarə ilə daşınıb.
Qeyd edək ki, Buxarestdən Kişineuya uçuş 1 saat 10 dəqiqə davam edir.