“Oz sehrbazı” filmindəki ayaqqabılar 3 milyon dollara satılır

“Oz sehrbazı” filmindəki ayaqqabılar 3 milyon dollara satılır

Cudi Qarlendın “Oz sehrbazı” filmində geyindiyi yaqut qırmızı ayaqqabının hərracda təxminən 3,5 milyon dollara satılacağı gözlənilir. 

 

Sfera.az bildirir ki, məşhur filmdəki ayaqqabılar 2005-ci ildə oğurlansa da, 13 il sonra (2018) geri qaytarılıb. İndi isə bu ayaqqabılar dünyanın ən bahalı ayaqqabısı ola bilərlər.

 

Mərhum aktrisanın geyindiyi ayaqqabı sahibinə, yəni kolleksiyaçı Maykl Şouya qaytarılıb. Ayaqqabı bu ilin sonunda hərraca çıxarılmazdan əvvəl beynəlxalq qastrolda (dünya turu) nümayiş etdiriləcək.

 

Qeyd edək ki, 1939-cu ildə çəkilmiş filmdə dörd cütdən əldə qalan sadəcə bu yaqut qırmızı ayaqqabılardır. Ayaqqabılar 2005-ci ilin avqustunda Minnesota ştatında muzeydən oğurlanmışdı. Qeyd edək ki, muzey aktrisa Cudi Qarlendin uşaqlıqda yaşadığı ev olub. 


Dorotinin ayaqqabıları



Təxminən 13 il sonra (2018-ci il)  FBİ Minneapolisdə əməliyyat-axtarışları zamanı ayaqqabıları tapıb. Federal prokurorlara görə, ayaqqabıların qara bazar dəyəri təxminən 3,5 milyon dollardır.

 

İndi onların hazırkı sahibi, dekabrda hərraca çıxarmazdan əvvəl ayaqqabıları dünya turuna çıxarmaq üçün “Heritage Auctions” ilə əməkdaşlıq edir.

 

“Heritage Auctions”ın icraçı vitse-prezidenti Co Maddalena ötən gün mətbuata açıqlamasında:

 

"Dorotinin yaqut başmaqlarının dəyərini heç nə ilə qiymətləndirmək olmaz. Onlar Hollivud tarixindəki ən mühüm dayaqdır" - deyib.

 

Xatırladaq ki, ikonik filmdə Cudi Qarlend Oz şəhərindən vətəni Kanzasa qayıdarkən, yaqut qırmızı ayaqqabılarının dabanlarını sıxaraq:

 

"Ev kimisi yoxdur" ifadəsini təkrarlayan Doroti obrazını canlandırıb.


1939-cu ildə Cudi karyerasının zirvəsində parlayan gənc bir ulduz idi. Onun iştirakı ilə film inanılmaz dərəcədə populyarlaşıb və Hollivudun qızıl kolleksiyasına daxil olub.

 

Cudi özü sonradan çəkilişlər haqqında o qədər də müsbət təəssüratlar paylaşmayıb. 


Həmin vaxt 17 yaşı olan Cudini film yaradıcıları gənc qıza bənzətmək üçün ciddi pəhrizdə saxlayıblar. Aktrisa sonralar müsahibələrində etiraf edib ki, o zaman narkotiklərə, əsasən də amfetaminlərə aludə olub. O, bu cür aludəliyin aktyorların əksərində kinostudiyada yorucu çəkilişlərə tab gətirə bilmək üçün yarandığını deyib.


Cudi Qarlend “Oz sehrbazı” filmində

 


1937-1938-ci illər arasında Cudi eyni vaxtda bir neçə filmdə rol alıb. O, üç saat məktəbdə, iki saat məşqdə vaxt keçirir, sonra isə özünü çəkiliş meydançasında tapırdı: çox vaxt onun iş günü səhər başa çatırdı. Məktəbdə çox az vaxt keçirməsindən şikayətlənən Cudi ömrünün sonuna qədər narkotik aludəçisi olub. O, 22 iyun 1969-cu ildə, cəmi 47 yaşında olarkən barbituratın həddindən artıq dozasından vəfat edib. 22 iyun 1967-ci ildə beşinci həyat yoldaşı Mikki Dins onu hamamda ölü tapıb.

 

O, daim narkotik asılılığından əziyyət çəkib, qurtulmağa çalışsa da, müvəffəq olmayıb. Ömrünün sonuna qədər narkotik bəlasında gənc yaşda ağır şəraitdə işlədilməsini, onu fiziki istismar edənləri günahlandırıb. 


Cudi “The Wizard of Oz” filminin çəkilişləri zamanı bir neçə cüt yaqut başmaq geysə də, yalnız dörd orijinal cütün sağ qaldığı bilinir.

 

Qalan üç cütlük Kino Sənəti və Elmləri Akademiyasının, Smithsonian Amerika Tarixi Muzeyinin və şəxsi kolleksiyaçının ixtiyarındadır.

 

Bu yaxınlarda iki kişi kolleksiyaçı Maykl Şoudan ayaqqabı oğurlamaqda ittiham olunub.


76 yaşlı Terri Con Martin adlı sənət cinayətkarı, oğurluqda ittiham olunaraq, həbs cəzasına məhkum edilib. O, 2023-cü ilin oktyabrında cinayəti özü etiraf edib. 

 

İkinci adam, 76 yaşlı Cerri Hal Saliterman oğurluqda şahidlərin müdaxiləsi ilə ittiham olunub.

 

Xatırladaq ki, ekranda Doroti obrazının geyindiyi dama-damalı paltar da 2015-ci ildə 1,56 milyon dollara hərraca çıxarılmışdı.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR