87 yaşlı nənənin 105-ci nəvəsi dünyaya gəldi - FOTO

87 yaşlı nənənin 105-ci nəvəsi dünyaya gəldi - FOTO

Lvovda 46 yaşlı qadın 87 yaşlı nənə üçün 105-ci nəvəsini dünyaya gətirib.

 

Sfera.az bildirir ki, bu barədə Lvov Regional Klinik Perinatal Mərkəzi “Facebook”da məlumat yayıb.

 

"46 yaşlı Lvov sakini bizim perinatal mərkəzimizdə yeddinci övladını dünyaya gətirib. Yeni doğulan körpənin anasının dediyinə görə, oğlan onun nənəsinin 105-ci nəvəsidir”- paylaşımda bildirilir.

 

Tamara adlı qadın özü də çoxuşaqlı ailədəndir. O, 13 uşaqdan onuncu övladdır, anasının isə 87 yaşı var.

 

Qadın təbii doğuşla övladını dünyaya gətirib. Hamiləliyin 40-cı həftəsində doğulan körpənin çəkisi 3460 qram, boyu 55 santimetr olub.

 

Yeni doğulmuş oğlana Pavel adı qoyulub. Körpə və ananı doğum evindən ata və daha altı uşaq (üç qardaş, üç bacı) qarşılayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR