Angelina Colinin qızı Bred Pittin yanına köçür

Angelina Colinin qızı Bred Pittin yanına köçür

Məşhur Hollivud cütlüyü Ancelina Coli və Bred Pittin 17 yaşlı qızı Şilo Coli-Pitt atasının dəbdəbəli malikanəsinə köçmək qərarına gəlib.

 

Sfera.az bildirir ki, bu barədə məlumatı ailəyə yaxın şəxslər verib. Bred Pitt qızının qərarına görə çox xoşbəxtdir və onunla yenidən qovuşmağı səbirsizliklə gözləyir. Ancelina Coli isə qızının bu qərarını heç də bəyənməyib. 


Mənbə qızın tezliklə 18 yaşı tamam olduqdan sonra atasına qovuşmağı xəyal etdiyini iddia edir. Qız atası ilə birlikdə 8,3 milyon dollar dəyərində olan Los Feliz malikanəsində yaşayacaq.

 

Onun bu qərarına nəyin səbəb olduğu dəqiq bilinmir, lakin mənbələr bunun qız və ana arasındakı münaqişələrlə heç bir əlaqəsi olmadığını iddia edirlər. Bundan əlavə, uşaqlıqdan Şilohun atanın qızı olması və atasına heyranlıq duyması heç kimə sirr deyil.


Mənbələr qeyd edirlər ki, Bred bu qərardan çox xoşbəxtdir, çünki Coli ilə uzun illər paylaşa bilmədiyi uşaqlara qovuşmaq arzusu nəhayət ki, gerçəkləşib.

 

 


Lakin aktrisa qızının qərarından o qədər də məmnun qalmayıb. 8 il idi ki, Ancelina uşaqların qəyyumluğuna görə Bredi məhkəməyə verirdi. Qızları yetkinlik yaşına çatdıqdan sonra könüllü olaraq kimin yanında qalmağa özü qərar verə biləcək.

 

Qeyd edək ki, Bred Ancelinanın malikəsindən bir neçə məhəllə aralıda yaşayır, ona görə də qız istənilən vaxt anasını, qardaş və bacılarını ziyarət edə bilər.


Xatırladaq ki, Ancelina və Bred 2005-ci ildə görüşməyə başlayıblar. Bir il sonra onların qızı dünyaya gəlib. Dörd il sonra (2010-cu ildə) cütlüyün övladları onları rəsmi olaraq evlənməyə razı salıb. Cütlük Efiopiyadan Zahara, Kambocadan Medox, Vyetnamdan Paks himayəyə götürüb, bioloji övladları isə-qızları Şilo-Nouvel, əkizləri Noks və Viviendir.

 

11 il evli olan ulduzlar 2016-cı ildə rəsmi olaraq ayrılıblar. Bütün bu müddət ərzində isə onlar arasında övladlarının və əmlaklarının bölünməsi ilə bağlı münaqişələr və məhkəmə prosesləri davam edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...