Əmlak agenti 1,5 milyonluq evi yandırdı - FOTOLAR

Əmlak agenti 1,5 milyonluq evi yandırdı - FOTOLAR

Avstraliyalı daşınmaz əmlak agenti  təsadüfən müştərisinin evini yandırıb. 


Sfera.az bildirir ki, Sidneydə (Avstraliya) Culia Bundok alıcıya göstərməyə hazırlaşarkən, ehtiyatsızlığı ucbatından təsadüfən dəyəri 1,5 milyon dollar olan dəbdəbəli evi yandırıb. Bu hadisə rieltorun özünə və onun işəgötürəni “Domain Residential Northern Beaches”ə qarşı məhkəmə iddiasına səbəb olub.

 

Bundok etiraf edir ki, faciə baş verən gün o, kirayəçilərin eyvanın kənarına qurumağa qoyduğu nəm yataq dəstini görüb və onu yataq otağında yanan daş sobanın yanındakı metal rəfə qoymaq qərarına gəlib. Otaqda baş verən güclü yanğın bütün evi bürüyüb. 20 dəqiqə ərzində evdə böyük yanğın baş verib.

 

Kiçik binada bir neçə mənzil olub. Baş verən güclü yanğın bütün mənzilləri bürüyüb və içəridəki bütün əmlakı məhv edib.

 

Evsahibi Buş və əmlakı yanğın nəticəsində zədələnmiş digər dörd kirayəçi daha sonra məhkəməyə müraciət ediblər. Hakim daşınmaz əmlak agentini hadisədə təqsirli bilib. O, dəymiş ziyana görə məsuliyyət daşıyıb.

 

Məhkəmə qərarına görə, “Domain Residential Northern Beaches” ev sahibinə 380 000 funt sterlinq, zərər çəkmiş dörd kirayəçiyə isə 62 000 funt sterlinq təzminat ödəməlidir.


Dinləmələr zamanı cavabdehlər rəfin lampadan qızması riski barədə xəbərdarlıq etməli olduqlarını əsas gətirərək, günahın bir hissəsini iddiaçıların üzərinə atmağa çalışsalar da, məhkəmə bu arqumenti rədd edib.

 

"Onların heç biri Bundokun belə bir şey edəcəyini uzaqdan təsəvvür belə edə bilməzdi" deyən hakim əlavə edib ki, yataq dəstinin elektrik cihazları ilə təması nəticəsində yanğın riski həmişə var. Bu, əvvəlcədən proqnozlaşdırıla bilər, ona görə də əmlak agenti bu barədə bilməli və son dərəcə ehtiyatlı davranmalı idi. 

 

Şirkətdən ümumilikdə 442,000 funt sterlinq kompensasiya üçün faiz ödəməsi tələb olunacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...