Putin “Crocus” terroru ilə bağlı iclas keçirdi

Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün iclas keçirib.
Sfera.az xəbər verir ki, iclasda təhlüəsizlik xidmətinin rəhbərləri ilə birgə, Moskva şəhəri və vilayətinin rəhbər şəxsləri iştirak edib.
Qeyd edək ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov toplantıda qurbanlara dəstək məsələsinin müzakirə ediləcəyini bəyan edib.






