Macarıstanın xarici işlər naziri: "Beynəlxalq əməkdaşlığa ehtiyacımız var"

"Budapeşt terrorizmlə mübarizə səylərində dövlətləri intensiv beynəlxalq əməkdaşlığa çağırır".
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Macarıstan "Crocus City Hall"da baş verən hadisənin görüntülərindən şoka düşüb. Terrorizmin bu cür zorakı formasını qətiyyətlə pisləyirik. Qlobal miqyasda terrora qarşı mübarizə aparmalıyıq. Aydındır ki, bu, dünya ictimaiyyəti üçün bir çağırışdır və bizim beynəlxalq əməkdaşlığa ehtiyacımız var”, - deyə o bildirib.
Qeyd edək ki, martın 22-də Rusiyada yerləşən "Crocus City Hall" restoranında terror aktı törədilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, hazırda ölənlərin sayı 137-dir, lakin arta bilər. Moskva vilayətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 182 nəfər xəsarət alıb. Terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər, o cümlədən Moskvanın cənub-qərbindəki Ukrayna sərhədini keçərək sığınacaq axtarmağa cəhd edən 4 silahlı şəxs saxlanılıb.
Prezident Vladimir Putin çıxışında deyib ki, ilkin məlumata görə, Ukrayna tərəfi sərhəddə terrorçuların aşkar edilmədən keçməsi üçün “pəncərə” hazırlayıb. O, "Crocus City Hall"a hücumun arxasında duran bütün şəxslərin müəyyən edilərək cəzalandırılacağına söz verib və martın 24-nü həlak olanlar üçün milli matəm günü elan edib.
Firuzə Əliyeva