Rusiyanın İstintaq Komitəsi terror aktı ilə bağlı daha üç nəfərin həbsini istəyir

Kateqoriya məlum deyil
T
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı ilə bağlı daha üç müttəhimin həbsini istəyir.
Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə məhkəmədə bildirilib.
“Daha üç material daxil olub: İslamov Aminçon İsrailoviç, İslamov Dilovar İsrailoviç və İslamov İsrail İbrahimoviçlə bağlı”, - qurum bildirib.
Onlar terrorçulara yardım göstərməkdə, rabitə və logistikanı təşkil etməkdə şübhəli bilinirlər. Cinayət işində iştirak edən iki nəfərə artıq rəsmi ittiham irəli sürülüb, üçüncüsü isə şübhəli olaraq qalır.






