İspaniyada teleqramın bloklanması qərarı LƏĞV OLUNDU

Kateqoriya məlum deyil
T
İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.
Sfera.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.
Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.






