Makron: ““Crocus”a hücum edən İŞİD Fransada da terror aktı planlaşdırırdı”

Dünya
18:42 / 25.03.2024
8697
Fransa prezidenti Emmanuel Makron martın 22-də “Crocus City Hall”a hücumun məsuliyyətini üzərinə götürən İŞİD terror qruplaşmasının Fransada da bir neçə terror aktı planlaşdırdığını bildirib.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Moskvada baş verən hadisələrə görə Makron Fransada terror təhdidi səviyyəsini maksimuma çatdıracaqlarını deyib. Daxili işlər naziri Jerald Darman da təsdiqləyib ki, İŞİD-in Xorasan qolu 2022-ci ilin sonunda Fransa və Almaniyada bir neçə hücum təşkil etməyə cəhd edib, lakin buna nail ola bilməyib.
Makron açıqlamasında terrorla mübarizədə Rusiya ilə əməkdaşlığı gücləndirəcəklərinə də bildirib.
Vasif