Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Kateqoriya məlum deyil
T
Ukrayna və Danimarka əməkdaşlıq memorandumu imzalayıblar və onlar bu çərçivədə Ukrayna Silahlı Qüvvələri üçün silah alacaqlar.
Sfera.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi və Danimarka Müdafiə Nazirliyinin Təchizat və Maddi-Texniki Təchizat Təşkilatı arasında müdafiə təchizatı sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, - məlumatda deyilir.
Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bu sazişin Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü sahəsində əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini bildirib.






