Çin və Rusiya ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

Dünya
19:00 / 22.03.2024
13436
Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək ABŞ-nin irəli sürdüyü “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya çağırış etməyən Yaxın Şərq üzrə qətnamə layihəsini bloklayıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.
Böyük Britaniya, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, ABŞ, Syerra-Leone, Fransa, İsveçrə, Ekvador və Yaponiya qətnamə layihəsinin lehinə olublar.