Əfsanəvi Ceki Çanın son fotoları pərəstişkarlarını çaşdırdı - FOTOLAR

Əfsanəvi Ceki Çanın son fotoları pərəstişkarlarını çaşdırdı - FOTOLAR

69 yaşlı kinoaktyor Ceki Çanın internetdə yeni fotoları yayılıb. Onun boz saçlı fotosu pərəstişkarlarını çaşdırıb. 

 

Sfera.az bildirir ki, Çinin Siçuan şəhərindəki ictimai tədbirdən çəkilmiş fotoda Ceki Çanın xarici görünüşü nəzərəçarpacaq dərəcədə dəyişdiyi üçün tez bir zamanda viral olub.


Aprel ayında əfsanəvi aktyor Ceki Çanın 70 yaşı tamam olacaq. Əksər tamaşaçılar onu gənc bir oğlan kimi xatırlayırlar, buna görə də aktyorun xarici dəyişiklikləri tamaşaçıları olduqca təəccübləndirib. 


Xüsusilə, pərəstişkarları əvvəllər arıq olan aktyorun kökəldiyini və nəzərəçarpacaq dərəcədə yaşlandığını fərqinə varıblar. Aktyorun yaşla bağlı dəyişiklikləri xüsusilə ağaran saçlarında nəzərə çarpır.

 

Aktyorun bu görünüşü tamaşaçılar üçün sürpriz olub, çünki heç vaxt aktyorun yaşına baxmayıb, onu "əbədi gənc” olaraq qəbul ediblər.

 

“Əgər asiyalısansa, bütün ömrün boyu 30 yaşında görünürsən, 70 yaşına çatanda isə 100 yaşında görünürsən”

 

“Qocalmalarını istəmədiyim insanlar azdır və Ceki onlardan biridir”


“Doğrudan Ceki Çanın 70 yaşı var? Zaman uçur. Əfsanə".

 

Qeyd edək ki, dünya şöhrətli aktyorun apreldə 70 yaşı tamam olacaq. Əsl adı Çan Konq-san olan Ceki Çan kino sənayesində mahir kaskadyorluq və komediya istedadı ilə tanınır. Çan dünyaca məşhurlaşmazdan əvvəl Honq-Konqda filmlər üzərində işləyən məhz kaskadyor aktyor kimi fəaliyyətə başlayıb. O, bir çox məşhur filmlərdə, o cümlədən “Polis hekayəsi” serialında, “Dragon Nickle”, “The Professional”da rol alıb. O, xüsusilə 90-cı illərin döyüş filmi həvəskarlarının sevimlisidir.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Təkcə Ukraynaya deyil, bütün ölkələrə tədarük dayandırılıb

Amerika silahlarının və hərbi texnikasının xarici ölkələrə tədarükünün yenidən nəzərdən keçirilməsi yalnız Ukraynanı deyil, bütün ölkə və regionları əhatə edir....

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.   Sfera.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş veri...

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX...

Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

Bu gün Bakı məhkəməsi "Sputnik"in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ape...

“Qarabağ” 4 qol vurub məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.   Sfera.az  xəbər verir ki, Qurban Qurbanovun baş məş...