Dünyanın ən tənha evi

Dünyanın ən tənha evi

“Dünyanın ən tənha evi” kimi tanınan və Ellidaey adasında yerləşən bu ev haqqında çoxsaylı iddialar və şaiyələr var. 

 

Xüsusilə son illərdə həm ada, həm də adadakı sirli evin sahibi inanılmaz maraq mövzusuna çevrilib.


Sfera.az bildirir ki, Ellidaey adası və bu sirli ev haqqında ən məşhur iddia, adanın İslandiya hökuməti tərəfindən Björkə (müğənni) hədiyyə edilməsidir.


“The İndependent” qəzetinin yazdığına görə, Björk səsyazma studiyası və ev tikmək üçün hökumətlə görüşüb. Məhz bu görüş zamanı sirli ev və ada ona hədiyyə edilib.

 


Bu iddia uzun müddət gündəmdə qalsa da, bir müddət sonra təkzib olundu və həqiqətə uyğun olmadığı üzə çıxdı.


Bundan sonra adadakı sirli evin sahibi haqqında başqa şaiyələr yaranmağa başladı.


İnsanlar tərəfindən irəli sürülən başqa bir iddia isə bu evin bir milyarder tərəfindən gələcəkdə zombi istilasına qarşı tədbir olaraq tikildiyidir.


Bundan əlavə, onun fanatik dindar bir rahibin sığınacağı olması və evin əslində mövcud olmadığı, internetə ancaq Fotoşop vasitəsilə əlavə edildiyi də iddialar arasındadır.


Ellidaey adasındakı sirli ev haqqında həqiqət isə belədir:


XVIII əsrdə adada bir neçə ailənin yaşadığı və 1930-cu illərdən daha yaxşı şərait üçün materikə köçdükləri məlumdur. Adanın əsas qida mənbələri qağayılar və balıqlar idi. Adada yaşayan 5 ailənin hamısı bu şəkildə qidalanırdı. 1930-cu ildən, şərtlərə görə ailələr adanı tərk etdikdən sonra burada yaşayış olmayıb.

Bu belə olsa da, böyük adadakı yeganə evin nə olduğu, kimə aid olduğunun da məntiqi izahı var.


Burada həyat çox çətin olsa da, qağayıların tez-tez rastlaşdığı yer olduğu üçün ada ov üçün son dərəcə əlverişli yerə çevrilir.


1950-ci illərdə Ellidaey Ada Ovçuluq Birliyi adaya ov səfərlərini asanlaşdırmaq üçün bir ov evi tikdi.

 

Qağayıların ovlanması dövründə ovçular bu lojadan istifadə edərək ov edirlər.


Ellidaey adasında elektrik və santexnika yoxdur. Evin içində yalnız yağış suyu ilə işləyən və ov günündən sonra ovçular üçün tikilmiş sauna var.


Sirli bir ev kimi görünən dünyanın ən tənha evinin göründüyü kimi,  çox sadə bir açıqlaması var imiş.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR