11 “Qremmi” mükafatının sahibi böyük məbləğ itirdi

11 “Qremmi” mükafatının sahibi böyük məbləğ itirdi

Məşhur amerikalı müğənni, 11 “Qremmi” mükafatı laureatı Bruno Marsın kazinolara 50 milyon dollar borcu var.

 

Sfera.az bildirir ki, ifaçının qumarla bağlı xeyli problemləri olub. Pokerə və yüksək mərclərə aludəçiliyi səbəbindən müğənni kazinoda böyük məbləğ itirib.

 

Bruno Mars özü əksər müsahibələrində etiraf edib ki, 19 yaşından qumara aludə olub və qumar asılılığından əziyyət çəkib. Bu dəfə onun Las-Veqasdakı kazinoya 50 milyon dollar borcu yaranıb. 

 

Vaxtilə peşəkar poker oyunçusu kimi dolanışığını təmin edən müğənninin kart masalarında külli miqdarda borcları yığılıb.

 

Adının açıqlanmasının istəməyən  mənbə onu da bildirib ki, Bruno Mars hazırda “MGM” kazinosu ilə bağladığı sövdələşmədən (kazinonun əslində özünündür - red.) ildə 90 milyon dollar qazanır. Vergi borcunu ödədikdən sonra o, kazino borcunu qaytarmalıdır.


"Qazandığı 90 milyonun 60 milyona yaxını borca gedəcək”- deyə mənbə bildirib.


Qeyd edək ki, “MGM Resorts International” Las-Veqas, Massaçusets, Miçiqan, Missisipi, Merilend, Ohayo və Nyu-Cersi ştatlarında, o cümlədən Bellagio, Mandalay Bay, MGM Grand və Park MGM kimi kurortları idarə edən Amerika qlobal əyləncə şirkətidir. Şirkətin Brunoya məxsus olduğu bildirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR