Almaniyada ukraynalı qadının öldürülməsinin yeni təfərrüatları

Almaniyada ukraynalı qadının öldürülməsinin yeni təfərrüatları

Xəbər verdiyimiz kimi, Almaniyada 27 yaşlı ukraynalı Marqarita Razaz ölü tapılıb. Onun kiçik uşağı isə qaçırılıb. 


Sfera.az xəbər verir ki, ötən həftə Almaniya hüquq-mühafizə orqanları bu işdə Rusiyalı ailənin əli olduğunu bildirib. Ər Rusiyadan gələn 44 yaşlı alman, arvad isə 43 yaşlı rus olub. Qətldə şübhəli bilinənlərin qonşusu yeni təfərrüatları paylaşıb. 


Onlar uzun müddət əməliyyat planlaşdırırmış.


Qonşusunun verdiyi məlumata görə, şübhəli kişi qəssab işləyib. Cütlüyün üç oğlu var, lakin bu ilin dekabrında 44 yaşlı alman tezliklə evdə qız övladı olacağını bildirib.

 

Qonşu bu sözlərdən çox təəccüblənib, çünki rus qadında uşaq gözlədiyinə və ya tezliklə doğulacağına dair heç bir əlamət olmayıb. 

 

"O, mənə qürurla körpə üçün çəhrayı uşaq papağı göstərdi. Mən təəccübümü gizlədə bilmirdim, çünki həyat yoldaşı ümumiyyətlə hamilə görünmürdü. Amma belə bir cinayət olacağını da gözləmirdim. Cütlük həmişə çox nəzakətli olub, hər kəsə xoş təəssürat bağışlayıb”-deyə qonşu jurnalistlərə açıqlamasında bildirib. 

 

Yerli nəşr əlavə edib ki, öldürülən Marqaritanın anasının axtarışları bütün Almaniyada davam edir.  Onun harada olması barədə isə heç bir məlumat yoxdur. Uşaq isə hələlik sosial xidmətlərinin nəzarətinə verilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR