Bloqqer zibil qutusunu eşələməklə bahalı brend əşyalar yığır - FOTOLAR

Bloqqer zibil qutusunu eşələməklə bahalı brend əşyalar yığır - FOTOLAR

31 yaşlı britaniyalı bloqqer Salli Sparks tez-tez tələbə yataqxanaların yaxınlığındakı zibil qutularını eşələməklə, qiymətli əşyalar tapır. 

 

Sfera.az bildirir ki, bloqqer bu barədə “TikTok”da paylaşımlar edir.


Britaniyalı qadın tələbələr ayrıldıqdan sonra universitet yataqxanalarının yanındakı zibilliklərdə axtarış aparır. Sallinin sözlərinə görə, o, müntəzəm olaraq bahalı brendlərdən dizayner geyimləri kəşf edir, onların bəzilərinin ümumi dəyəri 15 min funt sterlinqə çatır.


O qeyd edib ki, belə qurumların əməkdaşları həmişə gənclərin unutduqları əşyaları zibilliyə atırlar.


Qızın tapdığı əşyalar arasında “Apple Watch”, “House of CB” brendindən bədən kostyumu, “The Kooples”dan palto, “Burberry” moda evindən köynəklər, “Louis Vuitton” sırğaları, “New Balance” və “Nike” idman ayaqqabısı, digər qarderob əşyaları və aksesuarlar olub.


"Bunların çoxu yeni idi. Mən onları ya xeyriyyə təşkilatlarına bağışlayıram, ya da özüm geyinirəm. Düşünürəm ki, bununla mən planeti xilas edirəm"- deyə bloqqer bildirir.


Sallinin sözlərinə görə, atılan dəbdəbəli əşyaların bəziləri tamamilə yeni olur. Yeni geyimlərdən əlavə, o, ütü, qabyuyan maşın və qablar da daxil olmaqla bir sıra pulsuz ev əşyaları götürdüyünü etiraf edir.

 

"Hər il nə qədər israf edildiyini görmək məni çox kədərləndirir, xüsusən də bunun hər il yataqxanalarda baş verdiyini bilmək çox qəribədir. Bu, həddindən artıq israfçılıq və dəhşətdir".

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...