Ağır xəstə olan Brüs Uillisin qızına bu diaqnoz qoyuldu - FOTO

Ağır xəstə olan Brüs Uillisin qızına bu diaqnoz qoyuldu - FOTO

Ulduz cütlük Brüs Uillis və Demi Murun 30 yaşlı kiçik qızı Tallula Uillis həkimlərin bu yaxınlarda ona qoyduğu diaqnozdan danışıb.

 

Sfera.az bildirir ki, Tallula Uillis bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, atası ilə videonu paylaşaraq, vəziyyəti barədə yazıb.


Tallulah Willis 2023-cü ilin yayına qədər diaqnozu haqqında bilmədiyini deyib. Bunu biləndən sonra həyatının dəyişdiyini deyən qız, paylaşıma:

 

“Autizm olduğunu demədən mənə autizmli olduğunu göstər”- qeydini yazıb. Paylaşdığı başlıqla gənc qız abunəçilərini çaşdırıb. İzləyiciləri səhhəti barədə suallar verməyə başlayıblar.

   
Bir fanat videoya: "Həyat hekayənizin nə qədər hissəsini paylaşdığınızı bilmirəm, lakin daha çox oxumaq istərdik. Siz cəsarətli və ruhlandırıcısınız. Çox şirin videodur" yazıb.


Cavabında qız etiraf edib ki, 2023-cü ilin yayında o, autizm olduğunu öyrənib (ünsiyyət və davranışa təsir edən inkişaf pozğunluğudur. Erkən diaqnoz və müdaxilə autizmli insanların normal həyat sürməsinə kömək edir).

 

"Əslində ilk dəfədir ki, diaqnozumu açıq şəkildə paylaşıram. Bu yay öyrəndim və bu, bütün həyatımı dəyişdi" - deyə Tallula Uillis yazıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR