Keyt Şahzadə ilə birlikdə sevdiyi kəndə gəzintiyə getdi

Keyt Şahzadə ilə birlikdə sevdiyi kəndə gəzintiyə getdi

Yanvar ayından bəri ictimaiyyət arasında görünməyən Keyt Middleton Şahzadə Uilyamla birlikdə Vindzorda ən sevdiyi kəndə gəzintiyə çıxıb. Eyni zamanda, Uels şahzadəsi xoşbəxt, rahat və sağlam görünüb.

 

Sfera.az bildirir ki, cütlüyü görən bir şahid mediaya bunları deyib.

 

Cütlük heç bir şəkil çəkdirməyib. Bu, Uels şahzadələrinin məxfilik tələbi ilə bağlıdır. Şahzadələr hətta, Vindsora yaxın məsafədə yerləşən mağazaya da gəliblər.

 

"Ətrafda dolaşan bütün söz-söhbətlərdən sonra onları orada görəndə məəttəl qaldım. Keyt Uilyamla alış-verişə gəlmişdi. Olduqca, xoşbəxt və yaxşı görünürdü. Onların yanında uşaq olmasa da, bu Keytin mağazaya getmək üçün kifayət qədər yaxşı olduğuna yaxşı işarədir”- deyə şahid bildirib.


Cütlüyün məxfilik tələbinə uyğun olaraq, bu anda heç bir fotoşəkil çəkilməyib. Ümid edilir ki, bu, Şahzadənin rəsmi kral vəzifələrinə qayıtmaq üçün ilk addımlarını atdığına dair ümidverici bir işarədir.

 

Qeyd edən ki, Şahzadə son dəfə Milad bayramında Sandringhamda ictimaiyyət qarşısında çıxış edib.  Şahzadənin övladlarının Pasxa bayramlarından sonra Ascot yaxınlığındakı Lambbrook məktəbinə qayıdacağı gözlənilir. Şahzadənin əvvəlcə aprelin 17-dən sonra ictimai fəaliyyətə qayıtması gözlənildiyi deyilsə də, Keytin bunu daha tez edəcəyinə dair ehtimallar də var. Şahzadənin hətta Windsorda Müqəddəs Georgi Kapellasında Pasxa mərasimində iştirak edəcəyi də gözlənilir. 


Bu arada isə durmadan şahzadənin səhhəti və Uilyamla evliliyindəki böhranla bağlı şayiələr yayılmaqda davam edir. Onun yoxa çıxma səbəblərindən birinin hətta Rouz Hanberi ilə münasibətindən qeyri-qanuni qız övladının dünyaya bildirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...