Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

“Biz bu yay İraqla sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

 

Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davamlı və qətli şəkildə aparılacaq:

 

“Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və yenidən millətin başına bəla olmasına imkan verməyəcəyik. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən tamamilə azad, yolu və bəxti aydın olan Türkiyəni çatdırmaqdır”.

 

Ərdoğan əlavə edib ki, Türkiyə son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib: “Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”. (Report)


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...