Aİ Navalnı ilə bağlı məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcək

Aİ Navalnı ilə bağlı məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri ittifaqı Aleksey Navalnının başına gələnlərə görə məsuliyyət daşıdığı iddia edilən şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.


Sfera.az xəbər verir ki, bu barədə TASS ilə söhbətində Aİ ölkələrindən birinin Avropa Şurasındakı nümayəndə heyətinin mənbəsi bildirib.


“Bəli, Aİ xarici işlər nazirlərinin görüşündə Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı siyasi qərar qəbul edilib”, - agentlik nümayəndə heyətinin nümayəndəsindən sitat gətirib.
 

Mənbənin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslərin “qəddar saxlanma şəraitinə” və Navalnının ölümünə görə məsuliyyət daşıdığı iddia edilir.
 

Qeyd edək ki, bundan əvvəl sanksiyaların təsdiqi və tətbiqi ilə bağlı qərarın martın 18-də veriləcəyi bildirilib.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR