Kral III Çarlz vəfat edibsə, necə dəfn olunacaq?

Kral III Çarlz vəfat edibsə, necə dəfn olunacaq?

Bir sıra media orqanları və sosial şəbəkələrdəki ictimai səhifələr kral Çarlzım ölümü ilə bağlı xəbərlər dərc ediblər.

 

Sfera.az bildirir ki, Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı bəzi saytlarda artıq xəbərlər dərc edilsə də, məlumat rəsmi olaraq təsdiqlənməyib. Nə Bukinqem Sarayının saytı, nə “Sky news”, “BBC”, “Daily Mail” və başqaları kimi Britaniyanın aparıcı nəşrləri bu xəbəri dərc etməyiblər.

 

Qeyd edək ki, əvvəllər Uels şahzadəsi tituluna sahib Kral III Çarlz 2022-ci il sentyabrın 8-də anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxıb. Onun tacqoyma mərasimi 2023-cü il mayın 6-da baş tutub. Bu ilin fevralında Böyük Britaniya kralına xərçəng diaqnozu qoyulub. Xərçəngin konkret hansı orqana  təsiri barədə məlumat verilməsə də, bu xəbər rəsmi olaraq təsdiqlənmişdi. 

 

Menai körpüsü əməliyyatı 

 

Fevralın sonunda xəbər verilmişdi ki, Kral III Çarlzın vəfat edəcəyi təqdirdə, kod adı Menai körpüsü adlandırılan plan hazırlanıb.Bu planda kralıb ölümü ilə bağlı ictimaiyyətə necə məlumat veriləcəyi, bütün təfərrüatlar var. Planda 10 gün ərzində nə olacağı, tabutun hara gedəcəyi barədə dəqiq detallar verilir. 

 

Kralın ölümündən dərhal sonra Baş nazir, Nazirlər Kabinetinin katibi, bir neçə nazir və hökumət rəsmiləri kimi əsas səlahiyyətliləri məlumatlandıran zənglər kaskadı var.

 

Planda ölümün müxtəlif rabitə kanalları vasitəsilə necə elan ediləcəyi, rəsmi matəm zamanı nələrin baş verəcəyi və dəfn mərasiminin necə keçiriləcəyi kimi əsas hadisələrin təfərrüatları da var. Rəsmilərə məlumat verildikdən sonra, kralın ölümü “BBC” xəbər aparıcısı tərəfindən canlı olaraq elan ediləcək və digər media orqanları da buna istinad edəcək.


Müfəssəl planın tərtib edilməsinin əsas səbəbi iki kral arasında hakimiyyətin rahat keçidini təmin etməkdir (Kral Çarlz dövründən Şahzadə Uilyamın hakimiyyətinə). Jurnalistlərin fikrincə, Menai Körpüsü əməliyyatı bir çox cəhətdən Kraliça II Elizabetin dəfn edildiyi London Körpüsü əməliyyatına bənzəyir. Bütün hadisələrdən sonra Uilyam kraliça titulu alacaq həyat yoldaşı Keytlə birlikdə kral taxtına çıxacaq.

 

Çarlz anasının ölümündən bir gün sonra etdiyi kimi, yeni kral xalqa müraciət edəcək və dəfn mərasimindən əvvəl ölkədə milli matəm elan ediləcək.


Qeyd edək ki, III Çarlzın həyat yoldaşı Kraliça Kamilla bir neçə gündür ki, ictimaiyyət qarşısına çıxmır. Martın 12-də Vestminster Abbeyindəki xidmətdə o, kralı əvəz edib. Kraliça Kamilla illik Birlik Günü xidmətində kral ailəsinin üzvlərinə də rəhbərlik edib. Tədbirdə Şahzadə Uilyam da iştirak edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR