Salyan sakini Rusiyada faciəli şəkildə öldü

Salyan sakini Rusiyada faciəli şəkildə öldü

Salyan sakini Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

 

Sfera.az xəbər verir ki, martın 17-də axşam İrandan Rusiyaya yük daşıyan TIR Minvodı şəhərində qəzaya uğrayıb.

 

Qəza nəticəsində TIR-ın sürücüsü, Salyan rayonunun Kürkənd kənd sakini, 46 yaşlı Elşən Ağamirzə oğlu Heydərov hadisə yerində ölüb.

 

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR