Salyan sakini Rusiyada faciəli şəkildə öldü

Kateqoriya məlum deyil
T
Salyan sakini Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, martın 17-də axşam İrandan Rusiyaya yük daşıyan TIR Minvodı şəhərində qəzaya uğrayıb.
Qəza nəticəsində TIR-ın sürücüsü, Salyan rayonunun Kürkənd kənd sakini, 46 yaşlı Elşən Ağamirzə oğlu Heydərov hadisə yerində ölüb.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






