UNICEF: "Qəzzada uşaqların ağlamağa belə enerjisi yoxdur"

UNICEF:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin oktyabrın 7-dən bu yana Qəzzada 13 000-dən çox uşağı öldürdüyünü, bir çoxunun isə ağır qidalanmadan əziyyət çəkdiyini və “ağlamaq enerjisi” olmadığını bildirib.


Sfera.az xəbər verir ki, bu barədə açıqlama verən UNICEF-in icraçı direktoru Ketrin Rassel dünyadakı münaqişələrdə uşaqların ölüm nisbətinin az olduğunu sözlərinə əlavən edib:


“Daha minlərlə yaralı var və ya onların harada olduqlarını belə müəyyən edə bilmirik. Onlar dağıntılar altında qala bilərlər... Biz dünyada demək olar ki, hər hansı digər münaqişədə uşaqlar arasında belə ölüm nisbətini görməmişik. Mən anemiyadan, ağır qidalanmadan əziyyət çəkən uşaqların palatalarında olmuşam, bütün palata tamamilə sakitdir. Çünki uşaqların, körpələrin ağlamağa belə enerjiləri yoxdur”, - deyə UNICEF rəsmisi qeyd edib.


Rassell, sözügedən müharibənin başlamasından bəri iki milyondan çox fələstinlini aclıqdan əziyyət çəkdiyini deyərək yardım üçün Qəzzaya yük maşınlarının daşınmasında “çox böyük bürokratik çətinliklərin” olduğunu vurğulayıb.
 

Qəzzanın şimalında iki yaşından aşağı hər üç uşaqdan biri hazırda kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkir.
 

Müharibədə ölənlərin sayı, Qəzzada aclıq böhranı və yardımın çatdırılmasının qarşısını almaq üçün İsrailə qarşı beynəlxalq tənqidlər artıb.
 

İsrailin baş naziri Benyamin Netanyahu bir milyondan çox fələstinlinin sığındığı Misirlə həmsərhəd olan Rəfah şəhərini qurudan hücumla hədələdiyini təkrarlayıb.
 

Netanyahu ofisinin yaydığı videoda “Heç bir beynəlxalq təzyiq bizə müharibənin bütün məqsədlərini həyata keçirməyə mane olmayacaq. Bunun üçün biz də Rəfahda fəaliyyət göstərəcəyik”,deyə bildirib.
 

Oktyabrın 7-dən bu yana İsrailin hərbi kampaniyası Qəzzada əksəriyyəti qadın və uşaqlardan ibarət ən azı 31 645 fələstinlini öldürüb və iki milyona yaxın sakini didərgin salıb.
 

İsrailə qarşı soyqırım ittihamları irəli sürülüb və məsələ BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində araşdırılır.

İnci


OXŞAR XƏBƏRLƏR

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...