Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradacaq – SƏBƏB

Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradacaq – SƏBƏB

Rusiya Ukraynadan artan hücumların qarşısını almaq üçün sərhəddə bufer zona yarada bilər. 


Sfera.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin yenidən prezident seçildikdən sonra dünənki çıxışında Ukrayna ilə sərhəddə bufer zonanın yaradıla biləcəyini vurğulayıb. 


Kremlin sözçüsü Dmitri Peskov da təxminən eyni məzmunlu açıqlama verib. O, Ukraynadan son vaxtlar Rusiya şəhərlərinə və infrastrukturuna artan PUA hücumlarına diqqət çəkərək, əraziləri qorumağın yeganə yolunun bufer zona kimi bir quruluş yaradılmasından asılı olacağını bildirib.


Ukrayna son günlər həm qurudan, həm də havadan Rusiya ərazisinə hücumların sayını artırıb. Artıq bir neçə neft email zavoduna ciddi zərər vurulub, eyni zamanda qurudan Kursk və Belqorod vilayətlərinə diversiya qrupları daxil olublar. Belə görünür ki, Ukraynanın hücumları Rusiyada ciddi təhlükəsizlik qayğıları yaradıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR