"Uber" taksi sürücülərinə 178 milyon dollar ÖDƏYƏCƏK

Dünya
15:33 / 18.03.2024
8025
Qlobal taksi proqramı "Uber" Avstraliyadakı taksi sürücülərinin "maliyyə itkiləri" üçün təxminən 178 milyon dollar ödəyəcək.
Sfera.az xəbər verir ki, taksi sürücləri 2019-cu ildə "Uber"ə qarşı iddia qaldırıblar. İddiaya əsasən, "Uber"in ölkə bazarına girməsindən sonra taksi sürücüləri və şəxsi avtomobil sürücüləri iqtisadi itkilərə məruz qalıb.
Müvafiq olaraq Ali Məhkəmənin tələbi ilə şirkət, təzminat olaraq təxminən 178 milyon dollar ödəməyə razı olub.
Ülkər Abdurahmanlı