Almaniyada öldürülən miqrant qadının körpəsi tapıldı - FOTO

Almaniyada öldürülən ukraynalı qadının uşağı sağ tapılıb. Belə ki, ötən həftə Ukraynadan olan 27 yaşlı qaçqın qadın öldürülüb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yoxa çıxan 5 həftəlik qızını tapıblar.
Sfera.az bildirir ki, balaca qızcığaz iki kişinin himayəsində tapılıb.
Körpəni saxlayan kişilər artıq həbs edilib. Onlar gənc qadını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıblar.
Gənc qadın Hokkenhaym şəhərində öldürülüb. Bundan sonra uşağın izi itib.
Polisin verdiyi məlumata görə, qız xəstəxanaya göndərilib. DNT analizi təsdiqləyib ki, bu, yaxınlarda öldürülmüş Ukrayna vətəndaşının qızıdır.
İndi hüquq-mühafizə orqanları körpənin 51 yaşlı nənəsini tapmağa çalışır. Qeyd edək ki, o, ötən həftə qızı və nəvəsi ilə birlikdə yoxa çıxıb.
Təfərrüatlar
Baden-Vürttenberq bölgəsində yoldan keçən biri üzərində zorakılıq əlamətləri olan qadın cəsədi tapıb. Öldürülən şəxsin bir ay əvvəl uşaq dünyaya gətirən 27 yaşlı ukraynalı qaçqın olduğu məlum olub. Onun körpəsi və anası itkin düşüb.
Qadının meyiti yerli çayda hərbi nəzarət-buraxılış məntəqəsində tapılıb.
Onun kiçik qızı və 51 yaşlı anası ilə birlikdə qaçqınlar üçün nəzərdə tutulan evdə yaşadığı məlum olub. Hər iki qadın ötən bazar ertəsi yoxa çıxıb, 27 yaşlı qızın cəsədi isə cümə axşamı tapılıb.
Aysel
Sfera.az