Şarl Mişel Putini ələ salıb - "Putin bu gündən..."

Kateqoriya məlum deyil
T
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya Federasiyasının prezidenti Vladimir Putini bu gün başlayan prezident seçkilərində qələbə münasibəti ilə təbrik edərək onu ələ salıb.
Sfera.az xəbər verir ki, Aİ rəsmisi X sosial şəbəkə mikrobloqunda müvafiq paylaşım edib.
"Mən Vladimir Putini bu gündən etibarən seçkilərdə böyük qələbəsi münasibətilə təbrik etmək istərdim. Müxalifət, azadlıq, seçim yoxdur”, - Mişel yazıb.
Qeyd edək ki, Rusiyada üç gün davam edəcək və seçkilərin əsas günü - martın 17-də başa çatacaq prezident seçkiləri bu gün başlayıb.
Əzizə Zeynal






