""Facebook" və "Google" "TikTok"dan daha təhlükəlidir" - Amerikalı jurnalist

Dünya
14:15 / 15.03.2024
11745
"Facebook" və "Google" ABŞ-də qadağan olunması istənilən "TikTok"dan daha təhlükəlidir.
Sfera.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson senator Rend Polla söhbəti zamanı bildirib.
Poll isə öz növbəsində qeyd edib ki, o, heç bir prezidentin proqramları qadağan etmək səlahiyyətinə malik olmasını istəmir. O həmçinin bildirib ki, "TikTok"dan 180 milyon amerikalı istifadə edir və onun istifadə şərtləri digərlərindən heç nə ilə fərqlənmir.
Senator həmçinin "TikTok"un Çin hökuməti tərəfindən idarə olunması ilə bağlı iddiaları yalan adlandırıb. O qeyd edib ki, xidmətin paylarının böyük hissəsi beynəlxalq investorlara, tərtibatçılara və işçilərə məxsusdur, onların arasında isə 7 mini amerikalıdır.
Əzizə