Dələduzluq etməyə məcbur edilənlər XİLAS EDİLDİ - Qumar fəaliyyəti ilə...

Dələduzluq etməyə məcbur edilənlər XİLAS EDİLDİ - Qumar fəaliyyəti ilə...

Filippində onlayn fırıldaqçılıq etməyə məcbur edilən yüzlərlə insan xilas edilib.

 

Sfera.az xəbər verir ki, paytaxt Manilada həyata keçirilən əməliyyat nəticəsində 383-ü Filippin, 202-si Çin və 73-ü digər ölkələrdən olan 658 nəfər xilas edilib.

 

Bildirilib ki, insanları dələduzluq etməyə məcbur edənlər onlayn qumar fəaliyyəti ilə məşğul olan şirkət kimi qeydiyyatdan keçib.

 

"Xüsusilə texnologiyadan yaxşı istifadə edən gənclər çox vaxt bu qanunsuz əməliyyatlara sürüklənirlər."

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR