“Lamborghini Countach” və “BMW 5 Series”in yaradıcısı vəfat etdi

“Lamborghini Countach” və “BMW 5 Series”in yaradıcısı vəfat etdi

İtaliyada məşhur dizayner Marçello Qandini 85 yaşında dünyasını dəyişib. O, bütün dövrlərin ən yaxşı avtomobil dizaynerlərindən biri hesab olunur.

 

Sfera.az xəbər verir ki, Marcello Qandini “Lamborghini Miura”, “Countach” və “Diablo”nun “atası” adlandırılırdı. Eyni zamanda o, ilk “BMW 5 Series” və “Renault Magnum” yük maşınının dizaynlarının müəllifidir. Avtomobillərdə "Gilyotin" qapılarını icad edən də məhz o idi.

 

Marçello Qandini İtaliyanın məşhur Bertone atelyesindəki işi ilə məşhurlaşıb. 1965-ci ildə 27 yaşında ikən şirkətin baş dizayneri olub. Bir ildən sonra isə ilk işi - “Lamborghini Miura” kupesi ilə dünyanı heyran edib.

 

Qeyd etdiyimiz kimi, yuxarı qalxan “gilyotin” adlanan qapıları icad edən də Qandini idi. 1968-ci il Qandini Alfa Romeo ilə birlikdə “Carabo” konsept avtomobilində debüt etdilər. Elə həmin il hər ikisi “Lamborghini Countach” və “Diablo” istehsalında göründülər. Məhz bu avtomobillər Marçello Qandininin ən məşhur əsərləridir.


İtalyan dizayner öz üslubunu daim inkişaf etdirirdi. O, üzlü dizayn və paz formalı silueti olan avtomobillər yaratmışdı. Ən çox Marçello Qandini “Lamborghini” ilə əməkdaşlıq edib. O, “Espada”, “Jarama” və “Urraco” modellərinin dizaynını hazırlayıb.

 

Qandinin digər diqqətəlayiq işlərinə “Lancia Stratos”, “Bugatti EB110”, “Ferrari Dino GT4”, “Maserati Khamsin” və “Cizeta V16T” superavtomobilləri daxildir. Eyni zamanda, o, tez-tez birinci nəsil “BMW 5 Series”, “Citroen BX”və “Fiat X1/9” kimi kütləvi istehsal olunan sərfəli avtomobillər yaradırdı.

 

Bu da son deyil. “Renault Magnum” yük maşınının dizaynını Marçello Qandini edib. Son illərdə isə dizayner “Tata” ilə əməkdaşlıq edirdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...