“Hava limanı uşağı" - Doğulduqdan bəri təyyarələrdə pulsuz uçur

Los-Ancelesdə (Kaliforniya) bu yaxınlarda marketinq fakültəsini bitirmoş və ərzaq mağazasında işləyən 23 yaşlı Coşua Krouford özünü “hava limanı uşağı” adlandırır.
Sfera.az bildirir ki, bu barədə Coşua 4,8 milyondan çox baxış toplayan TikTok postunda məlumat paylaşıb.
Coşua Krouford atası sayəsində bəhrələndiyi faydalar barədə məlumat paylaşıb. Oğlan pulsuz uça bilər, müxtəlif reyslərə bilet bron edə və biznes klassda səyahət edə bilər.
Belə ki, “United Airlines”də 30 ildən çox işləyən atanın oğlu biznes klassda Tokio, Yaponiya Avstraliya (Sidney) kimi istiqamətlərə ən son dəqiqədə də rezervasiya edə bilər. Coşua Krouford Parisə belə səfər etməyi bacarıb.
İşçilərin ailə üzvləri üçün qaydalar aviaşirkətə görə dəyişə bilər. “United Airlines”də işçilərin uşaqları adətən 26 yaşına çatdıqda müavinətlərini itirirlər. Ancaq bu, Krouforda aid deyil, çünki o, atasının əsas yoldaşı kimi qeyd olunur.
2016-cı ildə Coşua Krouford Kaliforniya səhrasında keçirilən musiqi festivalı “Coachella”ya səyahət planlaşdırarkən nə qədər şanslı olduğunu dərk etdiyini deyir.
“Google Flights”a baxdıqda, onun böyüdüyü Nyu-Cersidən Los-Ancelesə və ya “Palm Sprinqs”ə uçuşlar gediş-gəliş üçün 450 dollardan başladığını görüb. Amma Coşua və bacısının pul tapmaq dərdi olmayıb.
"Kaliforniyada yaşayan bir xalamız var, ona görə də biz onun evində qaldıq. Buna görə də, heç otelə belə pul vermədik”.
Coşua gözləmə rejimində səyahət etdiyi üçün ölkə daxilində pulsuz uçur, yəni uçuş qalxana qədər ona yer verilmir. Onun sözlərinə görə, heç də həmişə ehtiyac duyduğu reyslərə minmir. Elə vaxtlar olub ki, o, daha gec və boş olan təyyarəni darvazada gözləməli olub. Coşua deyir ki, turizm mövsümünün pik dövründə müəyyən marşrutlardan və əsas hava limanlarından qaçmağı yaxşı öyrəndiyi üçün bu zaman da yer tapmaq onun üçün problem olmur.
Coşua istənilən vaxt bilet sifariş edə bilər, baxmayaraq ki, səfərə cəmi bir ay qalmış ona rəsmi rezervasiya verilir. Onun sözlərinə görə, son bir il ərzində Yaponiya, Avstraliya kimi ölkələrə və bəzi Avropa şəhərlərinə ən son dəqiqə biletlər alıb.
Oğlan özünü çox şanslı hesab edir
Coşuanın dediyinə görə, bu yaxınlarda ad gününü Parisdə qeyd edib. Bilet uçuşa cəmi bir həftə qalmış bron edilib.
Coşua bu cür uçuşlar üçün vergi ödəməlidir. Bu vergi biletin qiymətinin kiçik bir hissəsini təşkil edir. Bu da təbii ki, ölkədən-ölkəyə dəyişən bilet qiymətlərindən asılı olur.
Üstünlüklər biznes sinfi üçün də tətbiq edilir. Lakin bu zaman da Coşua az miqdarda pul ödəməli olur.
Aysel
Sfera.az