Cek Llyod reabilitasiya mərkəzinə yerləşdirildi

Cek Llyod reabilitasiya mərkəzinə yerləşdirildi

Ceyk Lloyd 1999-cu ildə çəkilmiş “Ulduz müharibələri: Epizod I: Phantom təhlükəsi” filmində balaca Anakin Skywalker rolunu oynayıb. Lakin uşaqlıqdan ulduz hesab edilən Cek Lloyd üçün şöhrət fəlakət gətirib.

 

Sfera.az bildirir ki, anasının dediyinə görə, Ceyk hazırda bir ilə yaxındır ki, psixiatrik reabilitasiya mərkəzindədir.

 

Eksklüziv müsahibəsində Lisa Lloyd, hazırda 35 yaşlı oğlunun ruhi xəstəliklə mübarizə apardığını bildirib. 


"Cek hələ orta məktəbdə problemlər yaşamağa başladı"-deyən ana oğlunun şəxsiyyətinin dəyişdiyini ilk dəfə hiss etdiyi anı xatırlayıb.


"O, qeyri-real şeylədən danışmağa başladı. Bunun reallıq, yoxsa paralel dünyanın reallığı olduğunu bilmirdi. Danışdıqlarına nə cavab verəcəyimi, necə reaksiya göstərəciyimi belə bilmirdim".

 

Lisa Llyod oğlunun hətta harada olduğunu da anlamadığını və təhsilini dayandırdığını bildirib. 

 

Daha sonra Cekə bipolyar pozğunluq diaqnozu qoyulub. 

 

Lisanın sözlərinə görə, problemləri düzəltmək üçün ona bir neçə dərman yazılsa da, heç nə kömək etməyib.

 

Vaxt keçdikcə Cek 2007-ci ildə orta məktəbi bitirib. O, Çikaqo Kolumbiya Kollecində payız sessiyalarının başlamağını səbirsizliklə gözləyirmiş. Ancaq anasının dediyinə görə, hər şey kəskin şəkildə dəyişməyə başlayıv.


"O, çox dərs buraxırdı və mənə onu daim insanların izlədiyini deyirdi".

 

Anası Cekin bəzən televiziya aparıcısı Con Stüart ilə gecə saatlarında ekran vasitəsilə söhbətlər etdiyini bildirib.

 

Paranoid şizofreniya diaqnozu qoyulana qədər ana həkimlərə müraciət etməyə davam edib.

 

"Bunu, özünə dedikdə, bu, onu daha çox depressiyaya saldı".

 

O, oğlunun xəstə olduğunu düşünmədiyi üçün dərman qəbul etməkdən imtina etdiyini deyib. Maşını vurub telefonunu söndürdü. Sonra da zəng edib onu öldürmək istədiklərini dedi.


Hadisə zamanı o, (2023-cü ilin mart ayında) avtomobilini üç zolaqlı yolun ortasında saxlayıb.  Digər sürücülər polisə müraciət etdikdən sonra, Cekin durumu tam psixotik fasilə olaraq dəyərləndirilib. Həmin hadisədən sonra təxminən 1 ildir ki, Cek psixiatrik reabilitasiya müəssisəsindədir. 

 

Qadın bildirib ki, Ceyk indi özünü daha yaxşı hiss edir. O, hətta yeni “Ulduz Döyüşləri” filmlərini də izləyib.

 

"O, bütün yeni “Ulduz Döyüşləri”ni sevir. İnsanlar Cekin “Ulduz Döyüşləri”nə nifrət etdiyini düşünsələr də, belə deyil”.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...