Ukraynadan Rusiyanın iki vilayətinə hücum başladı

Ukraynadan Rusiyanın iki vilayətinə hücum başladı

Ukrayna təxribat qrupları Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə girməyə cəhd ediblər. 


Sfera.az xəbər verir ki, Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidmətinin məlumatına əsasən qoşunlar Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığında Ukrayna təxribat-kəşfiyyat qruplarının hücumunu dəf edib. 


Açıqlamada qeyd olunub ki, əməliyyatı Rosqvardiya qoşunları Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları ilə birgə həyata keçirib. Kursk qubernatoru Roman Starovoyt sosial media hesabından verdiyi açıqlamada Ukrayna təxribat və kəşfiyyat qruplarının Tetkino qəsəbəsindəki hücumlarının Rusiya təhlükəsizlik qüvvələri tərəfindən dayandırıldığını bildirib.

 

Rusiya Müdafiə Nazirliyi də öz bəyanatında Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Spodaryuşino qəsəbəsinə hücumunun qarşısının alındığını açıqlayıb. Açıqlamada hava zərbələri və artilleriya atəşi nəticəsində təxminən 195 hərbi qulluqçu, 5 tank, 4 zirehli döyüş maşını, 3 UR-77 özüyeriyən minaatan reaktiv sistemləri və 3 hərbi tikinti maşınının zərərsizləşdirildiyi haqqında məlumat verilir.


Ukrayna mediasında yer alan xəbərlərə görə isə hücumu Rusiya “Könüllülər Korpusu”, Rusiya “Azadlıq legion” və Sibir batalyonu” birgə həyata keçirib. Onlar hücumlarının davam edəcəyini və bu səbəbdən Belqorod və Kursk vilayətlərindən əhalinin təxliyəsini tövsiyə ediblər.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.   Sfera.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş veri...

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX...

Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

Bu gün Bakı məhkəməsi "Sputnik"in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ape...

“Qarabağ” 4 qol vurub məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.   Sfera.az  xəbər verir ki, Qurban Qurbanovun baş məş...

Albalı və gilas bahalaşdı -QİYMƏTLƏR

Meyvə bazarında bolluq var, qiymətlər isə əl yandırır. Sfera.az xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır.   ...

Abşerondakı partlayışda 3 nəfər yanıq xəsarəti alıb -TƏBİB

Saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayı...