“Tesla” səhmi olanlara XƏBƏRDARLIQ EDİLDİ: "Satın!"

“Tesla” səhmi olanlara XƏBƏRDARLIQ EDİLDİ:

“Tesla” səhmlərinin qiyməti 2024-cü ilin əvvəli ilə müqayisədə artıq təxminən 30% azalıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, “Wells Fargo” bankının analitiki Kolin Lanqan bu gün qiymət hədəfini 125 dollara endirib.

 

O bildirib ki, bu il qiymət sabit qala bilər, lakin 2025-ci ildə azalma olacağı gözlənilir. Bank səhm sahiblərinə hissələrini satmağı tövsiyə edib.

 

Gedişat belə davam edərsə, “Tesla” “lüks marka” mükafatını belə itirəcək.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR