Rusiyanın nəhəng neft emalı zavodu vuruldu

Rusiyanın nəhəng neft emalı zavodu vuruldu

Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Ukrayna tərəfindən Rusiyaya qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumların sayı artıb. Hücumlarda əsas hədəf Rusiyanın neft və qaz sektorudur. 


Sfera.az xəbər verir ki, son hücum nəticəsində Rusiyanın 7-ci böyük neft emalı zavodu vurulub. 


Bu gün səhər saatlarında Ukrayna Rusiyadakı bir çox hədəfə, xüsusilə neft emalı zavodlarına PUA hücumu həyata keçirib. Hücumlar zamanı Moskvadan 180 kilometr aralıda yerləşən və “Rosneft”ə məxsus olan nəhəng neft email zavodu vurulub. İllik istehsal gücü 17 milyon ton olan zavodda yanğın baş verib. Ryazan qubernatoru Pavel Malkov yanğının söndürüldüyünü, insident nəticəsində xəsarət alanların olmadığını, obyektə dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. 


Xatırladaq ki, bir gün öncə Ukrayna PUA-larla Rostovda olan “Lukoyl” neft emalı zavoduna hücum edib və müəssisəyə böyük ziyan vurulub.Rusiya mediası Ukraynadan 60-dan çox PUA-nın göndərildiyinə və onların əksəriyyətinin bir neçə saat ərzində məhv edildiyinə dair xəbər yayıb. Bu hücumlardan sonra Rusiya Müdafiə Nazirliyi ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən neft obyektlərinin ətrafında təhlükəsizliyi gücləndirib.


Prezident Vladimir Putin bugünkü çıxışında Ukraynanın son hücumlarla martın 15-17-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışdığını bildirib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...