Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb - 15 nəfər həlak oldu 

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb - 15 nəfər həlak oldu 

Rusiya Federasiyasının İvanovo vilayətində “İl-76” təyyarəsi qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, havaya qalxdıqdan sonra təyyarənin mühərriki alovlanıb, bundan sonra onun bir hissəsi yerə düşüb. Ekipaj təcili eniş etməyə çalışsa da, buna nail ola bilməyib.

 

Mətbuat mühərriki yanan “İl-76”nın İvanovo vilayətindəki aerodromda enməyə cəhd etdiyini, lakin onun səmada yenidən havaya qalxdığını yazıb.


“Newsach/Dvach” Telegram kanalı təyyarədə, yeddi ekipaj üzvü və beş sərnişin olmaqla, 12 nəfər olduğunu qeyd edib. 

 

“İl-76” “Severnı” aerodromunun uçuş-enmə zolağına çatmayıb və meşə sahəsinə düşüb.


Qəza yerində 10 nəfərin qalıqları tapıldı 

 

Rusiya Silahlı Qüvvələrinə məxsus “İl-76” təyyarəsinin qəzaya uğradığı yerdə yanğın olub.


Rusiya Müdafiə Nazirliyi “İl-76” təyyarəsinin Ukrayna sərhədindən 700 km məsafədə qəzaya uğradığını təsdiqləyib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin İvanovo üzrə ərazi bölməsinin əməkdaşları “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yerdə yanğını söndürüblər. Dağıntılar arasından 10 nəfərin meyiti tapılıb.

 

Qeyd edək ki, əvvəlki məlumatda  təyyarədə 12 nəfərin olduğu qeyd edilmişdi (yeddi ekipaj üzvü və beş sərnişin). Daha iki rusiyalının taleyi ilə bağlı məlumat yoxdur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR