Latviyalı nazir NATO-nun baş katibi olmaq istəyir

Latviyalı nazir NATO-nun baş katibi olmaq istəyir

Latviyanın xarici işlər naziri Krisjanis Karins 2024-cü ildə Yens Stoltenberq istefa verəcəyi zaman NATO-nun baş katibi postuna seçkilərdə iştirak etməyə ümid edir.

 

Modern.az xəbər verir ki, "Bloomberg" bu barədə Karinsin nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

 

Müraciətdə həmçinin bildirilir ki, nazir Latviyanın Baş naziri kimi öz təcrübəsindən, həmçinin “Rusiya təhlükəsini aydın başa düşməkdən, Ukrayna ilə bağlı güclü mövqedən və beynəlxalq münasibətlərin qurulmasında sübut edilmiş təcrübədən” istifadə edərək alyansın inkişafına töhfə vermək niyyətindədir.


OXŞAR XƏBƏRLƏR