Alyaskada 900 il yatmış vulkan oyanıb

Edgecombe dağı ABŞ-ın Alyaska əyalətindəki Sitka Soundunun qərb tərəfində Kruzoff adasında yerləşir və təxminən 800-900 il bundan əvvəl sönmüş vulkan hesab olunur.
Sfera.az bildirir ki, bu yaxınlarda tədqiqatçılar vulkan ərazisində aktivlik müşahidə ediblər.
Alyaska Vulkan Rəsədxanasının tədqiqatçılarının fikrincə, Edgecomb altındakı maqma 19,3 km dərinlikdən Yer qabığından yuxarıya doğru hərəkət edir və artıq təxminən 9,6 km yüksəliş qət edib. Alimlər bu cür məlumatları vulkanın aşkarlanması üçün innovativ metoddan istifadə edərək əldə ediblər. Tədqiqatçılar peyk məlumatlarına, eləcə də zəlzələ və səth deformasiyası məlumatlarına əsaslanan kompüter simulyasiyalarından istifadə ediblər.
Tədqiqatın müəllifi, Alyaska Feyrbeks Universitetinin geodeziya üzrə professoru Ronni Qralentinin sözlərinə görə alimlər hazırda Alyaskada vulkanik deformasiyanın ən yüksək sürətini müşahidə edirlər. O, həmçinin qeyd edib ki, vulkanların deformasiyası heç də nadir hadisə deyil. Buna baxmayaraq Edgecombedə aktivlik çox qeyri-adi hadisədir, çünki hərəkətsiz vulkanın yenidən aktivləşməsi olduqca nadir haldır.
Bununla belə, Qralentin qeyd edir ki, bu sürət Edgecombe püskürməsinin qaçılmaz olması demək deyil. Maqma böyük ehtimalla, şaquli kanal vasitəsilə yuxarı kameraya çatacaq, lakin artıq yuxarı kamerada olan qalın maqma topuna görə ən yuxarı qalxa bilməyəcək. Tədqiqatçılar həmçinin məlumatların endirilməsi və təhlili üçün bulud hesablamalarından istifadə edə biliblər. Tədqiqat qrupu 11 aprel 2022-ci ildə Edgecombe dağının yaxınlığında silsilə zəlzələlər qeydə alındıqda işə başlayıb.
Aynil
Sfera.az