Putin onu vəzifədən azad etdi - FOTO

Putin onu vəzifədən azad etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Rusiya Xaricdəki Vətəndaşlar və Beynəlxalq Əməkdaşlıq Agentliyinin rəhbərinin müavini Natalya Poklonskayanı vəzifəsindən azad edib.


Sfera.az xəbər verir ki, Rusiya hökumətinin rəsmi sənədlərinin saytındakı mətnə əsasən, qərar imzalandığı gündən qüvvəyə minib.


Poklonskayanın əvvəllər Krımın baş prokuroru və Dumanın “Vahid Rusiya”dan olan deputat kimi vəzifələrdə çalışdığı öyrənilib. Başqa işə keçəcəyini bildirən Poklonskaya Putinə dəstək və etimada görə təşəkkür edib. Qərarın Poklonskayanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalarından sonra verilməsi diqqət çəkib.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR