Dünyada qaçqınların sayı 100 milyonu ötdü

Dünyada qaçqınların sayı 100 milyonu ötdü

Münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı indi ilk dəfə olaraq Ukraynadakı müharibə və digər ağır münaqişələr səbəbindən 100 milyonluq həddi ötüb.

 

Sfera.az  xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

 

Qrandi qeyd edib ki, yüz milyon çox ciddi, eyni zamanda silkələyən və narahat edəcək bir rəqəmdir:

 

"Bu, heç zaman qeydə alınmamış bir rekorddur. Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siqnalı rolunu oynamalıdır”.

 

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə, Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə alınıb.

 

Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir.

 

“Ukraynadakı müharibə səbəbindən qaçan insanlara münasibətdə beynəlxalq reaksiya olduqca müsbət olub”, – deyə o, əlavə edib. – “Mərhəmət hissi qalmaqdadır və dünyadakı bütün böhranlarla bağlı analoji səfərbərliyə ehtiyacımız var. Amma nəticə etibarı ilə humanitar yardım çarə deyil, yüngülləşdirici vasitədir. Bu tendensiyanı geri çevirmək üçün yeganə cavab sülh və sabitlikdir ki, günahsız insanlar evdə qalıb ciddi təhlükə ilə üzləşmək, yoxsa riskli qaçışı və sürgünü seçmək arasında seçim etmək məcburiyyətində qalmasınlar.”

 

BMT QAK “Qlobal tendensiyalara dair illik hesabat”ını iyunun 16-da açıqlayacaq. Həmin hesabatda 2021-ci il üçün zorla didərgin salınma halları ilə bağlı qlobal, regional və milli məlumatların tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll yolları haqqında təfsilatlar əks olunacaq.

 


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...