Logo

Rusiya MN: Ukraynanın Rovno vilayətində yanacaq bazası məhv edildi

Rusiya MN: Ukraynanın Rovno vilayətində yanacaq bazası məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Ordusu Ukraynanın Rovno vilayətində böyük yanacaq bazasını havadan buraxılan qanadlı raketlərlə məhv edib.

Sfera.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovno vilayətinin Klevan kəndi yaxınlığındakı böyük yanacaq bazasını məhv edib”, - Rusiya MN sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Kiyev ətrafı qəsəbələrdə Ukrayna hərbi texnikası üçün yanacaq məhz bu bazadan verilib.

Konaşenkov Rusiya aviasiyasının ötən gecə ərzində Ukraynanın 68 hərbi obyektini, o cümlədən üç Buk-M1 və bir "Osa” zenit raket kompleksi sistemini məhv etdiyini söyləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR