Deputatlar onlayn konfransda çıxış etdilər - Fotolar

Deputatlar onlayn konfransda çıxış etdilər - Fotolar
 İyunun 15-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə gənclərlə onlayn konfrans keçirilib.

Sfera.az xəbər verir ki, konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı, Gənclər və idman komitəsinin üzvləri Könül Nurullayeva, Şahin Seyidzadə, Etibar Əliyev, Jalə Əhmədova, habelə Milli Məclis Aparatının əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

İclası açan Adil Əliyev, ilk növbədə Milli Qurtuluş günü ilə əlaqədar təbriklərini çatdırıb.Vitse-spiker bu günün əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlılığı, xalqın xilaskarına çevrilən Ulu öndərin 1993-cü ilin 15 iyun tarixində xalqının səsini eşidərəkhakimiyyətə qayıtması, bununlada müstəqil dövlətimizi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etməsi barədə fikirlərini bölüşüb. Adil Əliyev Ulu öndərin bugünkü Azərbaycan Respublikasının memarı olmasını, onun böyük əməyi nəticəsində Azərbaycanın qısa zamanda regionun liderinə çevrilməsini, onun əsasını qoyduğu ideyaların bugün cənab Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Onlayn tədbirdə çıxış edən millət vəkili Şahin SeyidzadəMilli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb və bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib.

Millət vəkili Jalə Əhmədova isə öz çıxışında Ümumilli liderin hakimiyyətə qayıtması ilə ölkədə baş verən bütün özbaşnalıqlara son qoyulduğunu, müstəqil Azərbaycan dövlətinin onun gərgin əməyinin bəhrəsi olduğunu qeyd edib.

Onlayn konfransdaçıxış edən deputat Könül Nurullayeva gənclərin Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasında yaşamalarından və Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsindən böyük fəxarət hissi keçirdiklərini söyləyib.

Millət vəkili Etibar Əliyev isə Ulu öndərin xilaskarlıq missiyasından danışıb, onunsiyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra konfrans iştirakçıları Ümumilli Liderin həyatı, onun ölkəmiz və xalqımız üçün gördüyü nəhəng işlər barədə fikirlərini bölüşüblər, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda münsiflər heyəti Gənclər və idman komitəsinin Azərbaycan, rus və ingilis dillərində keçirdiyi "Ulu öndər Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin qaliblərinielan edib.

Bununla da Gənclər və idman komitəsinin təşkilatçılığı və gənclərin iştirakı ilə keçirilən 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans başa çatıb.

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...