Daha 3 rayonda bu şəxslərə ev verildi

Daha 3 rayonda bu şəxslərə ev verildi
Bu gün daha üç rayonda 19 mənzil və fərdi ev (Lənkəranda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində ƏƏSMN-nin nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməklə güclü ordular sırasında olduğunu bir daha nümayiş etdirib:

"Bu parlaq Qələbə ilə məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələri də yaradılacaq”.

Nazir müavini şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı işlərindən bəhs edib. O, dövlət başçısının tapşırığı ilə bu işlərin ildən-ilə geniş vüsət aldığını diqqətə çatdırıb.

Bildirib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə rekord həcmdə - azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.

T.Qaraşov sosial sahəyə dövlət qayğısının daim artmaqda olduğunu, Lənkəran rayonunda da sosial müdafiə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...