Cozef Bayden Vladimir Putinin soyadını dəyişik saldı
07:10 / 16.04.2021
2040
ABŞ prezidenti Cozef Bayden Rusiya ilə bağlı çıxışı zamanı bir neçə səhvə yol verib.
Sfera.az xəbər verir Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Ağ Ev rəhbəri eskalasiya və vaksinasiyanı qarışdırıb, habelə Rusiya prezidenti Vladimir Putinin adını səhv tələffüz edib.
Amerika lideri əvvəlcə "ABŞ peyvənd dövrü ... eskalasiya və Rusiya ilə qarşıdurmaya başlamaq istəmir", - deyib.
ABŞ rəhbəri sonra çıxışını davam etdirib və "prezident Klutin" deyərək Rusiya prezidentinin soyadını səhv səsləndirib. Lakin dərhal sonra səhvini düzəldib.